Dövlət Suverenliyi Gününün təsis edilməsi xarici dairələrə verilən bir mesajdır- ÖZƏL
19 Sentyabr 2024 11:22 Siyasət"Xankəndi zəfərinin bir ilində cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi çox böyük əhəmiyyətə malikdir".
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycanın ötən il Xankəndidə keçirdiyi antiterror tədbirləri Azərbaycan dövlət suverenliyinin bütün ərazilərimizdə tam təmin olunması demək idi və bizim qazandığımız uğur tam şəkildə Azərbaycanın beynəlxalq aləmdə gücünü nümayiş etdirdi. Bu baxımdan da cənab Prezidentin belə bir tarixi gündə-antiterror tədbirlərinin bir ilində Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam verməsi çox böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Artıq biz hər il sentyabrın 20-ni Dövlət Suverenliyi Günü kimi qeyd edəcəyik. Eyni zamanda, Dövlət Suverenliyi Gününün təsis edilməsi bir çox xarici dairələrə də verilən gözəl bir mesajdır. Xankəndidə Azərbaycan bayrağı dalğalanır və bunu təməlləndirən 19-20 sentyabr tarixləri ərəfəsində Dövlət Suverenliyi Gününün təsis edilməsi və hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi də bir daha ölkəmizin yaratdığı reallığın bütün dünyaya nümayişidir".
Zeynəb Rzayeva