Jalə Əhmədova TƏBİB-in İcraçı direktoru ilə görüşüb

İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova və İDDO PSP-nin baş psixoloqu Rövşən Nəzərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov ilə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə məlumatı İDDO Psixi Sağlamlıq Proqramının direktoru Jalə Əhmədova verib. Proqramın direktoru bildirib ki, görüş zamanı İDDO PSP haqqında ətraflı məlumat verərək proqramın autizm sahəsində bir yenilik olduğunu bildirib.
Jalə Əhmədova qeyd edib ki, bu proqram autizm spektrli pozuntuları olan şəxslərin sağalmasında tətbiq edilə biləcək ən innovativ proqramdır: "O cümlədən İDDO PSP-nin gələcək planları, görüləcək işləri müzakirə etdik. Səmimi görüşə görə TƏBİB rəhbərliyinə təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31