Şoyqunun İrana səfərinin vacib əhəmiyyəti var- ÖZƏL

"Sergey Şoyqunun İrana səfəri Rusiya və İran arasında, özəlliklə İran mətbuatında  Rusiyaya qarşı informasiya təbliğatının aparıldığı bir dövrə təsadüf edir. Son dövrlər Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı ardıcıl mövqeləri İranı ciddi  narahat edir və İran Rusiyanın Zəngəzur dəhlizinin açılmasında olan israrlarından dolayı öz mətbuatında Rusiyaya qarşı informasiya hücumları təşkil edirdi".

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu baxımdan İranın Rusiya ilə  bağlı bəyanatları və digər bir çox nüanslar Rusiya diplomatik münasibətlərində kiçik bir gərginlik yaratmışdı. Belə bir dövrdə Rusiya Təhülkəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana getməyi Rusiya ilə İran arasındakı anlaşılmazlıqları və müəyyən narazılıqları aydınlaşdırmaq üçün önəmlidir. Eyni zamanda, Şoyqu İran səfərində Rusiya-İran münasibətlərinin gələcəyi, iki ölkənin münasibətlərinin nələrə söykəndiyini və arada olan anlaşılmazlıqların da müzakirələrlə aradan qaldırıla bilmə ehtimalı haqqında açıqlamalar verdi. Bu baxımdan Rusiya-İran münasibətlərində yenilik üçün Şoyqunun İrana səfərinin vacib əhəmiyyəti olduğunu düşünürəm".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31