İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük qələbələr gözləyir- ÖZƏL
18 Sentyabr 2024 14:31 Siyasət"19-20 sentyabr tarixli lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Bununla bir daha sübut olundu ki, Azərbaycan qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik Prezidenti, Ali Baş Komandanı vardır. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq yüz ildən bəri bizə "miras" qalan bu ağrılı-acılı problemi birdəfəlik həll etdi". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov deyib: "Bu növbəti tarixi Zəfərlə Qalib Sərkərdə İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünəni reallaşdırdı. Onun həyat amalı da məhz xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutmaq, onu daim xoşbəxt görməkdir. Dövlət başçısı öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, nə olursa olsun öz haqlı və prinsipial mövqeyindən, ali məqsədlərindən əsla geri dönməməyin düsturunu yaratdı. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, dünyada baş verən mövcud ağır hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər fonunda böyük uğurlarla dolu nadir təkrarlana biləcək şərəfli tarixi dövrü yaşayır. Misilsiz dövlətçilik təfəkkürünə malik olan cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi daha böyük nailiyyətlər və qələbələr gözləyir. Biz buna inanırıq və bunun şahidi olacağıq".
Alim Hüseynli
Olaylar.az