Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verdi
18 Sentyabr 2024 13:50 SiyasətKTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur.
Olaylar bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın "KTMT Ermənistanın suverenliyi üçün təhlükədir" bəyanatına münasibət bildirərkən deyib.
O, Moskvanın Paşinyanla qəti şəkildə razılaşmadığını söyləyib. Qeyd edib ki, KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur.
"Rusiya Ermənistanla təmasları davam etdirir və davam etdirəcək. Ermənistan yaxın tərəfdaşdır", - deyə Kremlin sözçüsü əlavə edib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31