Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır- ÖZƏL
18 Sentyabr 2024 13:48 Siyasət"Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra atdığı addımlaraın xronologiyasına diqqət yetirmək kifayədir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "Dövlətimiz Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsi təklif etdi. Qarşı tərəf bununla bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərdə həmin prinsipləri dəstəklədiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, buna əməl etmədi. Ermənistanın törətdiyi təxribatlar, həmçinin bu işğalçı dövlətin "humanitar böhran" adı altında məqsədli planını həyata keçirmək istəyi də bunun bariz nümunəsi idi. 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. İkinci Qarabağ müharibəsində olduğu kimi, antiterror əməliyyatları zamanı şanlı ordumuz yüksək peşəkarlıq, döyüş təcrübəsi nümayiş etdirdi".
Alim Hüseynli
Olaylar.az