Xankəndi şəhəri tezliklə bütün Türk dünyasının aparıcı təhsil ocağına çevriləcək- ÖZƏL

"Antiterror əməliyyatları, eyni zamanda regionda və beynəlxalq səviyyədə də mühüm geosiyasi nəticələrə səbəb oldu. Azərbaycan, bölgədə güclü bir aktor kimi öz mövqeyini daha da möhkəmləndirdi. Bu əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini təmin etmək və milli maraqlarını qorumaq üçün güclü iradəyə və hərbi potensiala sahibdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Bununla yanaşı, əməliyyatlar regionda sülh və sabitlik üçün yeni imkanlar yaratdı. Ermənistan tərəfi hərbi təxribatlardan vaz keçərək, diplomatik yolla danışıqlara meyilləndi. Beynəlxalq ictimaiyyət də Azərbaycanın haqq işini dəstəkləyərək dövlətimizin ərazi bütövlüyünü tanıdı və Qarabağ probleminin sülh yolu ilə həll olunmasının vacibliyi vurğulandı.

İşğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, infrastruktur yenilənmələri sürətlə davam etdirilir. Fəxrlə qeyd etmək istəyirəm ki, yeni inşa olunan və abituriyentlərdə böyük maraq doğuran Qarabağ Universiteti yeni dərs ilində qapılarını yüksək bal toplamış tələbələrin üzünə açdı. Hazırda ölkəmizin müxtəlif ərazilərindən olan tələbələrin sevimli məkanına çevrilən Xankəndi şəhəri tezliklə bütün Türk dünyasının aparıcı təhsil ocağına çevriləcək".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31