Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə Ankarada səfərdədir.

Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-leytenant N.İslamzadə Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Ordu generalı Z.C.Kadıoğlunun da iştirak etdiyi görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

xxx

17:44

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadəni qəbul edib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin rəsmi X sosial media hesabında qeyd edilib.

Bildirilib ki, Ankarada baş tutan qəbulda Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlu da iştirak edib.

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO) (ƏLAVƏ EDİLİB)

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO) (ƏLAVƏ EDİLİB)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31