Ermənistanı silahlandırmaq, gücləndirmək məsələsində yalnız Qərb deyil, həm də Rusiya və İranı da unutmamalıyıq - ÖZƏL
17 Sentyabr 2024 16:14 Siyasət"Qərbin Ermənistanı silahlandırma cəhdləri məsələsinə üç tərəfdən yanaşmalıyıq".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Ümumiyyətlə, Ermənistanın gücləndirilməsi, yalnız silahlandırmadan söhbət getmir, gücləndirilməsi, ayaqda tutulması və Azərbaycana qarşı qoyulması cəhdlərinin arxasında bir tərəfdə Qərb, özəlliklə də Fransa dayanır. Digər tərəfdən yenə də Rusiya dayanır. Üçüncü bir tərəfdə İran dayanır. Görürsünüz, o, beşinci kolon yaradıb, Azərbaycanın iç işlərinə müdaxilə etmək istəyən bu üçlük Ermənistanı silahlandırıb gücləndirib, Azərbaycana qarşı qoymaq məsələsində də çəkici eyni zindana vururlar. Bəzən ola bilər ki, bunlar bir-biri ilə məsləhətləşmədən bu işləri edirlər. Amma etdiklər eynidir. Məsələn, Amerika Birləşmiş Ştatları Ermənistanda bu yöndə fəaliyyətlərini elə İran kimi gerçəkləşdirir, yaxud Rusiya kimi. Halbuki Amerika Birləşmiş Ştatlarının İranla Rusiya ilə münasibətləri çox gərgindir, sanksiyalar tətbiq edir. Ümumiyyətlə, Rusiyanı və İranı küncə sıxışdırmaq istəyir. Beynəlxalq platformalardır. Amma baxırsınız ki, Ermənistan məsələsində bunların üçü həmahəng davranır. Yəni demək istədiyim odur ki, Ermənistanı silahlandırmaq gücləndirmək məsələsində də yalnız Qərb deyil, həm də Rusiya və İranı da unutmamalıyıq. Bunlar anti-Azərbaycan, anti-türk məsələlərində mütləq birlikdə hərəkət edirlər, dil tapa bilirlər, ortaq məxrəcə gələ bilirlər. Baxmayaraq ki, başqa məsələlərdə aralarında çox ciddi qarşıdurma, kəskin fikir ayrılığı var".