Bakı və İrəvan arasında daimi sülh Avropaya nəqliyyat əlaqələrini təmin edəcək - Kalın
17 Sentyabr 2024 15:34 SiyasətErmənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitlik və inkişaf üçün vacibdir.
Olaylar "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Azərbaycanda keçirilən Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Bakı ilə İrəvan arasında qurulacaq daimi sülh həm də Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa xətti əlaqələrini, o cümlədən, Zəngəzur dəhlizinin açılmasını təmin edəcək.
İ.Kalın konfransda çıxışı zamanı, həmçinin, qlobal mühitdə etimad böhranları, artan terror təhlükəsi və onların yaratdığı humanitar nəticələrə toxunub. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31