Ermənistan və Gürcüstan arasında yeni siyasi böhran yarana bilər- ÖZƏL

"Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri Tiflisin anti-Qərb siyasəti fonunda reallaşıb. Qərbdən Gürcüstana sanksiyalar və təzyiqlər həyata keçirilməsi Yerevani da yaxın perspektivdə çətinliklərlə qarşı-qarşıya qoyur. Ermənistan Gürcüstan vasitəsilə Qərblə əlaqələr saxlayır və Fransadan göndərilən silahlar bu ölkənin ərazisi ilə daşınır".



"Olaylar" xəbər verir ki, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib:

"Gürcüstan və Qərb arasında münasibətlər  kəskinləşib. Bu da Ermənistan üçün əlavə risklər yaradır. Nikol Paşinyan Gürcüstana səfərində apardığı danışıqlarda Qərbdən göndərilən mülki və hərbi yükləriin maneəsiz keçidini gələcəkdə də davam etdirilməsini təmin etmək olub. Çünki Qərblə Gürcüstan arasındakı siyasi böhran Qərbdən göndərilən yüklərin Ermənistana çatdırılmasında dərinləşə bilər.
Gürcüstan hakimiyyəti N. Paşinyanin Qərblə six əməkdaşlığından narahatdır. Çünki Qərbdən üz döndərən rəsmi Tiflis Yerevanda yerləşən Qərb institutlarını təhdid olaraq görür. Xüsusilə Gürcüstanda "Xarici agentlər haqqında" qanun qəbul edilməsindən sonra, Qərblə əməkdaşlıq edən QHT Yerevana köçüb və buradan maliyyələşir. 
Gürcüstan hökuməti N. Paşinyandan Yerevanda Gürcüstan əleyhinə layihələrin maliyyələşdirilməməsini istəməsi istisna deyil. Oktyabrda parlament seçkiləri yaxınlaşdıqca, gürcü hökuməti ölkədə Qərbin "rəngli inqilab" hazırladığını vurğulayıb. 
Bu xüsusda N. Paşinyanin Gürcüstan hakimiyyəti ilə razılaşmasi mümkün görünmür. Çünki, Qərbin Gürcüstanla bağlı təlimatından çıxa bilməyəcək. Bu kontekstdə yaxın perspektivdə Ermənistan və Gürcüstan arasında yeni siyasi böhran dərinləşməsi gözlənilir.  Gürcüstan hökuməti Azərbaycan əleyhinə Ermənistanla əlaqələr qura bilməz. Çünki, bu baş verərsə, Qərblə siyasi böhran yaşayan Gürcüstanın Ermənistana deyil, Azərbaycana möhtacı var".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31