Bir günlük antiterror tədbirləri separatizm və terrorçuluğa son qoydu- ÖZƏL
17 Sentyabr 2024 11:34 Siyasət"Azərbaycanın Qarabağ iqtisadi rayonunun separatçılardan, terrorçulardan təmizlənməsi prosesi ən qısa zamanda uğurla nəticələndi. Rəşadətli ordumuzun hücumuna duruş gətirə bilməyən qanunsuz erməni silahlı dəstələri diz üstə çökmək məcburiyyətində qaldılar. Antiterror tədbirləri zamanı düşmənin dayaq məntəqələri, rabitə qovşaqları, hərbi texnikası, hava hücumundan müdafiə sistemləri məhv edildi". Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Bütün bunlar Azərbaycan Ordusunun yüksək hərbi-texniki səviyyəsini, şəxsi heyətin peşəkarlığını bir daha sübut edir. Döyüş təcrübəsi onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində təhlükəsizliklə, o cümlədən hərbi məsələlərlə əlaqədar hər hansı problemi həll etməyə hər zaman qadirdir.
Ermənistan işğal dövründə müxtəlif yollarla Qarabağa əlavə hərbi vasitələr cəlb edərək şəxsi heyətin rotasiyasını həyata keçirirdi, ərazilərimizi minalayaraq çoxsaylı təxribatlar törədirdi və s. Bu faktorlar Azərbaycanın konstitusyon quruluşuna zidd olaraq dövlət suverenliyimizi təhdid edirdi. Şanlı ordumuzun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam təm təmin edildi".
Alim Hüseynli
Olaylar.az