Müdafiə Nazirliyi antiterror əməliyyatının keçirilməsinə zərurət yaradan faktorları açıqlayıb
17 Sentyabr 2024 11:36 SiyasətMüdafiə Nazirliyi 19-20.09.2023-cü ildə antiterror əməliyyatının keçirilməsinə zərurət yaradan faktorları açıqlayıb.
Olaylar xəbər verir ki, Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus500-dən artıq döyüş mövqeyinin hazırlandığı müəyyən edilmişdi
Müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyin hazırlandığı aşkarlanmışdı.
Təmas xəttinin 2 km genişliyində 100 km-ə yaxın ərazilərdə minalar basdırılmışdı.
480 km-dək təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə 200-dən artıq müşahidə kamerası quraşdırılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31