İlham Əliyevin “Dəmir Yumruq” siyasəti separatçıları təslim olmağa məcbur etdi- ÖZƏL

"44 günlük Vətən  müharibəsindən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının üzvü Anar Məmmədov deyib: "2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.44 günlük Vətən müharibəsində olduğu kimi,antiterror əməliyyatı nəticəsində də ölkədə fəaliyyət göstərən siyasi partiyaların Prezident, Müzəffər Ali Baş Komandasn İlham Əliyevi dəstəkləyən bəyanatı ölkəmizin ərazi bütövlüyü və əhalinin təhlükəsizliyinin təmin olunması,erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması,işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın əmin-amanlığa qovuşması üçün həyata keçirdiyi siyasəti,eləcə də verdiyi qətiyyətli hərbi əmri dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini nümayiş etdirdilər.2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu - 2023-cü il sentyabrın 20-də növbəti qələbəyə imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin "Dəmir Yumruq" siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Qısa müddətdə - bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacağının sübutu idi".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31