Blinkenin zəngi Azərbaycanın əhəmiyyətinin önəmini göstərir - ÖZƏL

"Bu gün Azərbaycan regionun lider dövlətidir və təbii ki, ölkəmizin Cənubi Qafqazda kifayət qədər üstün mövqelərdə olması Azərbaycanın dəyərinin artmağı ilə nəticələnir və bunun da nəticəsində bu gün Azərbaycana qarşı beynəlxalq birlik tərəfindən diqqəti görürük". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Artıq bununla neçənci dəfədir ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycana zəng edir, cənab Prezidentlə həm Cənubi Qafqazın gələcəyini, həm də Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı inkişaf meyarlarını müzakirə edir. Bu baxımdan da Entoni Blinkenin Azərbaycan Prezidentinə zəngi ölkələrarası münasibətlərin inkişafı, bölgədə formalaşa biləcək sülh imkanlarının diskussiyası baxımından da vacib əhəmiyyətə malikdir. Blinkenin zəngi Azərbaycanın əhəmiyyətinin önəmini və beynəlxalq güclərin Azərbaycanın siyasi qərarları, geopolitik mövqeləri ilə hesablaşdığını növbəti dəfə nümayiş etdirir deyə düşünürəm".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31