Hər şeyə rəğmən onlar arasında iqtisadi əlaqələr davam edir- ÖZƏL

"Şübhəsiz ki, Nikol Paşinyanın Qərbə yaxın olmağı, onun hakimiyyətə gəlməsi Moskva tərəfindən yaxşı qarşılanmadı".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Nikol Paşinyan açıq-aşkar hakimiyyətə gəldikdən sonra Qərbə meyl etdi və avantürist bir şəkildə keçmiş iqtidar dövrlərindəki kimi olmasa da Rusiyada da münasibətlərini bir şəkildə davam etdirdi. Xüsusilə Qarabağ müharibəsi dövründə Rusiyanın Ermənistana aktiv kömək etməməsini xainlik olaraq qiymətləndirməsi şübhəsiz ki, absurddur. Birincisi Rusiya çox yaxşı bilir ki, Azərbaycan bütün müstəvilərdə haqlıdır- Qarabağ tamamilə Azərbaycan torpağıdır, hüquqi olaraq tamamilə bizim haqqımızdır. Ona görə də Rusiya bu məsələdə aktiv bir şəkildə Ermənistana demək olar ki, heç yardım etmədi. Rusiya da sadəcə beynəlxalq hüquq müstəvisində həll edilməsini gözlədi. Ukrayna müharibəsi səbəbilə Rusiyaya qarşı çox böyük sansksiyalar tətbiq olunur və bu, Rusiyanın iqtisadi əlaqələrinə ciddi şəkildə təsir edir. Rusiya bu gün bir çox partnyoru ilə açıq şəkildə ticarət əlaqəsi saxlaya bilmir və bunu üçüncü ölkələr üzərindən edir. Burada da xüsusilə diqqəti Ermənistan çəkir. Birincisi, Ermənistanda ticarət dövriyyəsində ötən illərə nisbətdə çox kəskin şəkildə artış nəzərə çarpır. Rusiyayla Ermənistan arasında ticarət dövriyyəsinin kəskin şəkildə artması onu göstərir ki, əslində, Rusiya və Ermənistan arasında hər şeyə rəğmən iqtisadi əlaqələr davam edir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31