Fransa Ermənistanın üzərindən Güney Qafqaza təsir etməyə çalışır - ÖZƏL

"Fransanın Ermənistanla bu cür yaxınlıq etməsi təəccüblü deyil".



Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Əslində elə də olması lazımdır. Çünki Fransa Güney Qafqazda, özəlliklə də Ermənistana çox güvənir, Ermənistanın üzərindən Güney Qafqaza təsir etməyə çalışır. Düzdür, bu təsir alınmır. Heç bir halda, xüsusən də Azərbaycana təsir etmək ümumiyyətlə alınmır. Hər dəfə bu işlərdə Fransanın əli olur və geri öz yerinə oturdulur, amma yenə də öz bildiklərindən əl çəkmirlər. Ermənistana mümkün qədər çox yardım etmək, onu dirçəltmək, ayaqda tutmaq, Azərbaycana qarşı qoymaq üçün çalışırlar. Yəni 29 milyon avroluq yardım da o qəbildəndir. Fransa, Ermənistan münasibətləri də məhz bu kontekstdə dəyərləndirilməlidir. Yəni onların münasibətləri əvvəllər necə olub, indi necədir, gələcəkdə necə olacaq deyəndə əlbəttə ki, bu cür münasibətlər mütləq göz önündə tutulmalıdır. Yəni bunlar prezident İlham Əliyevin sözü ilə desək, yaxın bacılardır və bir-birlərindən ayrılmazdırlar. O baxımdan əlavə uzun şərhə məncə heç bir ehtiyac yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31