Dövlətimiz təhsilin inkişafına böyük diqqət ayırır- ÖZƏL

"Sentyabrın 15-i ölkəmizdə "Bilik Günü" kimi qeyd olunur. Hər il bu gün biz, cəmiyyətimizin savadlanması və formalaşması üçün ən vacib addımı atan müəllimlərin əvəzsiz əməyini xüsusi olaraq yad edirik. Cəmiyyətin gələcəyi olan gənclərin savadlı, bilikli, düşüncəli və yaradıcı şəxsiyyətlər kimi yetişməsində müəllimlərin rolu əvəzolunmazdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib: "Məhz buna görədir ki, dövlətimiz təhsilin inkişafına böyük diqqət ayırır, elm və texnologiyanın inkişafı üçün geniş imkanlar yaradır və peşəkar müəllimlərin yetişdirilməsinə önəm verir. Bu gün Azərbaycanda yetişən gənclər dünya səviyyəsində yüksək standartlara cavab verir və onların qazandıqları biliklər, gələcəkdə ölkəmizin ümumi inkişafına töhfə verəcək.
Müəllim olaraq, mən də bütün dəyərli həmkarlarımı, tələbələrimizi və məktəbə ilk addımlarını atan şagirdlərimizi "Bilik Günü", yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə uğurlu, nailiyyətlərlə dolu və parlaq gələcək arzulayıram!"

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31