İDDO Psixi Sağlamlıq Proqramının komandası BDU-da görüş keçirib- ÖZƏL

İDDO Psixi Sağlamlıq Proqramının komandası Bakı Dövlət Universitetinin Psixologiya kafedrasında görüş keçirib.

"Olaylar" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi deputatı, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti Jalə Əhmədova məlumat verib:

"İDDO Psixi Sağlamlıq Proqramının komandası olaraq növbəti görüşümüz Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının heyəti ilə keçirildi. BDU-nun Psixologiya Kafedrasının müdiri Səxavət Əliyeva, kafedranın professor heyəti və müəllimlərinin iştirakı ilə baş tutan görüş zamanı psixologiya sahəsində olan boşluqlar, tədqiqatın və vahid sistemin olmaması, bu sahə üzrə  mütəxəssislərin qeyri-peşəkarlığı, klinik protokol üzrə işləməmələri və lisenziyasız fəaliyyətləri kimi problemləri diqqətə çatdırdım.  
Günümüzdə psixologiya elminə və bu vasitə ilə də cəmiyyətimizin inkişafına, sağlam genofondumuzun formalaşmasına birbaşa zərər verən bu proseslərin aradan qaldırılması, vahid bir sistemin formalaşdırılması ilə bağlı irəli sürülən təklifləri müzakirə etdik və müvafiq qərarlar qəbul edildi.
 Və beləliklə, İDDO Psixi Sağlamlıq Proqramının heyəti olaraq  Bakı Dövlət Universitetində psixologiya tələbələrini maarifləndirməyə, psixoloqların praktiki fəaliyyətində əməl etməli olduqları qanunları, vahid sistem üzrə işləmə biliklərini onlara aşılamağa başlayacağıq. Eləcə də Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının professor heyəti, psixologiya sahəsi üzrə tərtib olunan standartların tətbiqinə nəzarət, bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin işinə nəzarət edəcək Texniki Komitəyə üzv oldular".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31