Rusiya niyə “nüvə şantajından” istifadə edir?- ÖZƏL

"Rusiya adi silahlarla Ukrayna ilə döyüşə bilmədiyinə görə nüvə şantajından istifadə edir". 

"Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

" Prezident Vladimir Putin və digər rəsmilər nüvə silahından istifadə və onun Kurskda Ukrayna qüvvələrinə tətbiq etmək barədə fikirlər söyləyirlə. Bu, Rusiya ordusunun şəxsi heyətinin döyüş qabiliyyətinin olmaması və adi silahlarla Qərbə uduzacağindan qaynaqlanır. Kreml rəsmiləri Ukraynanin Rusiyanin içərilərinə raket zərbələri endirməsindən təşviş keçirir. Halbuki iki ildir Rusiya Ukraynanin şəhərlərini intensiv raket atəşinə məruz qoyur. ABŞ və Böyük Britaniya Ukraynanin Rusiyanin dərinliklərinə mərhələli şəkildə zərbələr endirilməsi barədə razılığa gəlib".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31