Trampa qarşı “növbəti sui-qəsd cəhdi” ilə bağlı xəbər nəyə hesablanıb?- ÖZƏL

"Trampa qarşı növbəti sui-qəsd cəhdi edildiyinə dair məlumatlar yayılıb. İyulun 13-də edilən ilk sui-qəsdin müəmmalı tərəfləri çox olsa da, Baydenlə debatdan (27 iyun) qalib ayrılan Trampın əlini ciddi şəkildə gücləndirdi".  

"Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib:

"Respublikaçılar sentyabrın 10-a təyin edilən ikinci debatda Baydeni tamamilə nüfuzdan salacaqlarını düşünürdülər. Lakin proses demokratların əleyhinə cərəyan etdiyi vaxt "məğlub" Baydenin yerinə Harrisin namizəd olması mənzərəni dəyişdirdi. Debata Bayden yox, Harrislə çıxan Tramp bu dəfə istədiyi nəticəni əldə edə bilmədi. Debatdan sonr rəy sorğularının nəticələri də respublikaçıların namizədinin əleyhinədir. 
Proseslərin inkişafı fonunda Trampa qarşı "növbəti sui-qəsd cəhdi" ilə bağlı informasiyaların ictimai rəyə hesablandığı ehtimalı daha güclü görünür. Bütün ölkələrdə namizədin ölümlə təhdid edilməsi elektoratın dəstəyini qazanmaqda effektiv metoddur".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31