Azərbaycana qarşı uydurma əsaslarla qara piar aparmağa çalışırlar- ÖZƏL

"Frank Şvabe və onun kimilərin əsas məqsədi  Azərbaycana qarşı dünyada qara piar aparmaqdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanın Avropada düşmənləri var və onlar fəaliyyətlərinə bir an olsun ara vermirlər".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Buradakı yerli pul və yaxud başqa şeylərlə cəlb etdiyi "beşinci kolon"lar vasitəsilə təəssüflər olsun ki, daxilimizdən Azərbaycanı gözdən salmağa çalışırlar. Hüquq mühafizə orqanları tərəfindən ifşa edilən "beşinci kolon"un üzvlərini isə "siyasi məhbus" adlandırırlar. Əslində, hamı çox yaxşı bilir ki, onlar antiazərbaycan mövqeyində duran sifarişləri yerinə yetirirlər. Onun üçün də Frank Şvabe bu gün öz "beşinci kolon" nümayəndələrini dəstəkləmək üçün Azərbaycana qarşı qara piar aparır. Lakin Ermənistan və digər  Avropa ölkələrində islamafobiyanın, müsəlmanlara qarşı təzyiqlərin olmasını, Azərbaycanafobiyanın yüksəlməsini bir an belə görmürlər. Çünki əsas məqsədləri Azərbaycana qarşı nə olursa, uydurma bir əsas gətirərək qara piar aparmağa çalışırlar. Ancaq xalqımız və bütün dünyanın hadisələrə şəffaf baxan ictimaiyyəti kimin düz, kimin səhv olduğunu bilir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31