Vüqar Əhmədov: Şvabe erməniləri Avropa xalqlarının bir parçası kimi göstərməyə çalışır- ÖZƏL

"Qərb institutları, o cümlədən Avropa Şurasının  Azərbaycan və Ermənistana münasibətdə ayrı-seçkiliyini hər zaman açıq- aşkar hiss etmək olur, siyasi vəziyyətlə bağlı da biz bunun şahidi oluruq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Azərbaycanda siyasi məhbus olmadığı halda Frank Şvabe əsassız yerə Azərbaycanda siyasi məhbus məsələsini qabardır, bununla AŞPA səviyyəsində Azərbaycana qarşı kampaniya təşkil etməyə cəhd edir. Halbuki, Abzas Media, Toplum TV və digər hallarla bağlı xaricdən qanunsuz maliyyələşmə qeydə alınmışdır, AŞPA kimi qurumların bunu siyasiləşdirməsi gözləniləndir. Ermənistanda yüzlərlə müxalifətçinin siyasi hüquqların pozulduğu halda, müxalif fikirli insanlar həbsdə aclıq edərək həyatlarını itirdiklərinə baxmayaraq, biz, Frank Şvabe tərəfindən hər hansı bəyanat və açıqlamanın şahidi olmuruq. Ermənistanda siyasi məhbus problemi olduğu, siyasi azadlıqlar boğulduğu, insan hüquqları və media azadlığı, o cümlədən milli azlıqlar  sıxışdırıldığı halda Şvabe nədənsə bu məsələlərə göz yumur, erməniləri Avropa xalqlarının bir parçası kimi göstərməyə çalışır. Bu eyni  AŞPA və Şvabelərdi ki, Ermənistan Azərbaycan torpaqlarını uzun illər işğalda saxladığı zaman səslərini ucaltmadan erməni təəssübkeşliyi ilə məşğul olublar. Şvabelər xaricdən Ermənistana yardımların  kəsilməməsi və Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək naminə bu gün Ermənistanda insan haqları, siyasi azadlıqlar və demokratiya ilə bağlı pozuntuları ört -basdır etməyə çalışır, AŞPA kimi qurumlar ikili standartlarla fəaliyyət göstərir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31