Şəxsi maraqlarını önə çəkən siyasi korrupsionerlər
13 Sentyabr 2024 10:34 SiyasətAvropada dəb halını almış siyasi fəaliyyət növü
Artıq Azərbaycanda keçirilən istənilən beynəlxalq tədbir öncəsi qara qvvələrin fəallaşması ənənə halını alıb. Ölkəmizə qarşı əsassız hücumlar əsasən Azərbaycan hərbi, diplomatik və qlobal səviyyədə önəmli nəticələr əldə etdikdən sonra daha da intensivləşib.Yaxın aylarda ölkəmizdə keçiriləcək COP-29 kimi mötəbər beynəlxalq tədbir də antiAzərbaycan qüvvələrin yuxusunu ərşə çəkib. Əslində belə bir beynəlxalq tədbirin başlanması ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyasının aktivləşməsi heç də təəccüblü deyil. Çünki, ölkəmizi hədəfə alan qara qüvvələr Azərbaycanın uğurlarından, müstəqil dövlət olaraq artan nüfuzundan əndişələnirlər. Odur ki, erməni diasporunun yalağına möhtac olan bir sıra Avropa siyasətçiləri ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin nəticələrinə kölgə salmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Özlərini hərraca çıxarmış Frank Şvabe kimi korrupsiyaya bulaşmış şəxslər isə sözün əsil mənasında erməni diasporasının siyasi alətinə çevriliblər. Məlumdur ki, Şvabenin özü korrupsiyaya bulaşmış şəxs kimi tanınır, təmsil olunduğu partiyanın nümayəndələri isə müxtəlif ölkələrin xəfiyyələrinə işləməkdə ad çıxarıblar. Məsələn, Şröder bu günə qədər də "Qazprom"da təmsil olunur. Görəsən, Şvabe bu barədə niyə danışmır? Angela Merkelin isə uzun müddətdir SSRİ "KQB"-sinin agent şəbəkəsində olduğu danılmaz fakta çevrilib. Şvabenin də uzun illər Azərbaycana qarşı həyata keçirdiyi qərəzli fəaliyyət onun kimliyini tam mahiyyəti ilə ortaya qoyur. O, erməni lobbisinin əlində açıq şəkldə istifadə olunan kart kimi daim Türkiyə və Azərbaycana qarşı xüsusi canfəşanlıqlar göstərib. Şvabe "məşhur" islamafob, türkafob, Azərbaycanafob kimi rol oynamağı üzərinə götürüb. Onun siyasi "karyerasına" gəldikdə qeyd etmək olar ki, Almaniyanın müvafiq ərazisindən seçilməsinə baxmayaraq o, daha çox erməni lobbisinin və erməniçiliyin maraqlarına xidmət etməkdədir. Əslində, Frank Şvabe tumanını başına çəkməklə ölkəmizdə keçirilən heç bir beynəlxalq tədbirin nəticələrinə xələl gətirə bilməz. Çünki, Azərbaycan artıq öyrəşib ki, ölkədə keçiriləcək böyük beynəlxalq tədbirlər ərəfəsində Qərb ölkələri Azərbaycana qarşı beynəlxalq informasiya məkanında hücuma keçsin.Avroviziya müsabiqəsi, Avropa Oyunları, İslam Oyunları, Formula-1-in yarışları ərəfəsi eyni proseslər müşahidə edilməkdədir. Frank Şvabe kimilər də sadəcə həmin təlimatları yerinə yetirən xırda məmurlardır. Qərb siyasi elitası onlardan istifadə edib sonra unudacaq.
Frank Şvabe son çıxışların da yenidən Azərbaycanda "siyasi məhbusların" azad olunmasına çağırıb. Əvvala onu qeyd edək ki, Azərbaycanda siyasi məhbus yoxdur, ökədə hər bir vətəndaş törətdiyi qanunsuz əməlinə görə cəzalandırılır. Buna baxmayaraq, Qərbin dəstəklədiyi yerli şəbəkənin (Abzas Media, Toplum TV və s.) ifşasından sonra bu kimi ittihamlar gözlənilən idi. Bunun müqabilində Ermənistanda baş verən hadisələrlə bağlı Qərb siyasətçiləri, siyasi institutları susmağa üstünlük verirlər. Məsələn, 2019-cu ildə Ermənistan həbsxanasında müxalifyönlü jurnalist aclıq aksiya keçirərək ölmüşdür (M.Yegiazaryan), bir müxalif siyasətçi elə məhkəmə zalında ölüb. (Armen Qriqoryan 15 iyul 2022-ci il), keçmiş hakimiyyətin bir çox fəal funksioneri (məsələn, Armen Aşotyan) həbs edilib. Niyə Şvabe bir dəfə də olsun Ermənistanda olan bu problemlər haqda danışmayıb? Onu da qeyd edək ki, "İnsan haqları", "demokratiya", "siyasi məhbuslar" ifadələri Qərb dairələrin leksikonunda siyasi dəyənək rolunu oynayır. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldir. Lakin onlar unudurlar ki, Azərbaycan ilə təzyiq dilində danışmaq heç bir nəticəyə gətirib çıxarmır.
Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanda heç kim öz siyasi mövqeyinə görə təqib olunmur. Azərbaycanda siyasi plüralizm, söz və fikir azadlığı hökm sürür. Odur ki, Şvabe kimilərin və yaxud AŞPA-nın Azərbaycanla bu cür şantaj və təhdid dili ilə danışması qeyri-mümkündür. Bu gün əslində AŞ, AŞPA, ATƏT və digər Avropa strukturları hansısa qüvvələrin əlində alət olmaqla öz olan-qalan imiclərinə ciddi xələl gətirməklə nüfuzlarını tamamilə itiriblər. Artıq onların dünyadakı heç bir prosesə və ölkəyə təsir imkanları yoxdur. Bu təşkilatların Azərbaycanın bu gün beynəlxalq aləmdə oynadığı rolu təqdir edib dəstək vermək əvəzinə, Şvabe kimilərin əli ilə kiminsə əleyhinə çıxış etməsi ilk növbədə təmsil etdikləri Avropanın ziyanına işləyir. Belə metodlarla Azərbaycana təzyiq etmək mənasızdır və yersizdir. Həm də bu cür metodlardan istifadə etməklə Azərbaycana təzyiq etmək qeyri-mümkündür. Şvabe illərlə erməni lobbisinin təsiri altında olmaqla, Qarabağ ermənilərinin hüquqları barədə danışıb. Lakin o bir dəfə də olsun, Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş dağıntılar və Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların ora qayıdış hüquqlarının 30 il ərzində tapdalanması barədə bir söz də deməyib. Bu fakt özlüyündə onun nə dərəcədə qərəzli və erməni lobbisinin maraqlarına xidmət edən şəxs olmasını göstərir. Azərbaycan ictimaiyyəti Şvabe, Okampo, bir sıra ABŞ konqresmenləri və senatorları, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin ardıcıl, məqsədyönlü və sifarişli hücumlarına onilliklərlə şahidlik edib, artıq azərbaycanlılarda bu kimi hücumlara qarşı immunitet yaranıb. Hamı başa düşür ki, yeni hücum dalğası COP29-la bağlıdır, bu mühüm tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı növbəti dəfə qaralamaq məqsədi güdür və bütün bunların arxasında erməni lobbisi və antiazərbaycan qüvvələr dayanır.
Nəhayət antiAzərbaycan qüvvələri dərk etməlidirlər ki, Azərbaycan siyasi, iqtisadi, hərbi baxımdan o qədər inkişaf edib ki, artıq ona qarşı istənilən hadisəyə cavab vermək iqtidarındadır. Konkret olaraq AŞPA-nın almaniyalı üzvü Frank Şvabenin səsləndirdiyi fikirləri təkzib edir, AŞPA-ya qarşı haqlı şərtlər irəli sürür. Yalnız şəxsi maraqlarını düşünən Şvabe kimi siyasi korrupsionerlər atdıqları addımlar barədə dərindən düşünməli, səsləndirdikləri əsassız iddiaların nə ilə nəticələnəcəyinin fərqində olmalıdırlar.
Alim