Əli Kərimli təqsirləndirilən şəxs oldu
12 Sentyabr 2024 13:50 SiyasətAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı irəli sürülən xüsusi ittiham qaydasındakı şikayət haqda ilk qərar açıqlanıb.
Olaylar xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi şikayəti icraata götürüb.
Bu qərarla Əli Kərimli təqsirləndirilən şəxs statusunda tanınıb. Özü və vəkili isə şikayətin əsassız olduğunu düşünür.
Baxış iclası sentyabrın 19-na təyin edilib.
Qeyd edək ki, partiyanın keçmiş üzvü Aydın Əliyev Əli Kərimlinin təhqir və böhtan maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31