Zeynal Əmrəliyev: Frank Şvabe Azərbaycanın əleyhinə olan bəyanatları ilə məhşurdur- ÖZƏL
12 Sentyabr 2024 13:17 Siyasət"Frank Şvabe Azərbaycanın əleyhinə olan bəyanatları ilə məhşurdur. Ölkəmizi həmişə müxtəliv mövzularda ittiham edib və onun hal-hazırda da ölkəmizi ittiham etməsi ilk deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Erməni separatçılarının həbsi, sülh müqaviləsi ilə bağlı da Azərbaycana qarşı ittihamlar səsləndirmişdi. Regionda olan digər siyasi hadisələrə münasibət bildirmirlər. Ermənistan və Fransanın polisi etirazçıları şiddətli şəkildə döyür, üzərlərinə itlər buraxır, silahla müdaxilə edirdilər. Bu kimi hallar görməməzlikdən gəlinir. Eyni zamanda Ermənistanda siyasi müxalifətin susdurulması üçün kampaniya başladılmışdı. Həmin kampaniyada da Paşinyan höküməti müxalifətə çox sərt davrandı. Serj Sarkisyanın dövründə də müxalifətlə çox sərt davranılırdı. Buna rəğmən Avropa Birliyi susurdu. Frank Şvabe Ermənistana səsini çıxarmırdı. Ümumiyyətlə Avropa Parlamentində Azərbaycana qarşı qərəzi ilə seçilən şəxslər var. Onların Azərbaycana qarşı qərəzinin kökündə də ermənilərin maliyyə dəstəyi dayanır. Həmin şəxslər ermənilərin pulları ilə maliyyələşən şəxslərdir. Təəssüflər olsun ki, erməni diasporu Avropa Parlamentində bir çox şəxsi öz maliyyəsi hesabına təsir dairəsinə sala bilib. Onlardan ən məhşuru da Frans Şvabedir. Bu, onun vətəndaşı olduğu dövlətin adına da xələldir. Həmin dövlət Cənubi Qafqazda sülhün və sabitliyin bərpa olunması üçün digər Avropa dövlətlərindən daha çox istəkli ölkədir. Amma onun Şvabe kimi siyasətçisi bu prosesə kölgə salır. Güman edirəm ki, Almaniya rəsmiləri bu parlamentari ilə danışıb, onu düz yola gətirməyə çalışacaqlar. Yenə də ümidlər azdır, çünki bu şəxs öz əməllərindən əl çəkmir. Bunun tək yolu ona erməni diasporundan gələn maliyyənin dayandırılmasıdır. Bəlkə bundan sonra Frank Şvabe Azərbaycana qarşı əsassız iddialarından əl çəkər".