Azərbaycan suveren ərazisində separatizmə birdəfəlik son qoydu- ÖZƏL

"Milli təhlükəsizliyin ayrılmaz parçası olan enerji təhlükəsizliyi məsələsində Azərbaycan və İtaliya  sıx əməkdaşlığa malikdir". Olaylar xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib:
"Dövlətimizin başçısı Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini bildirib. Bu, bir reallıqdır ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Məhz bu kontekstdə Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Sözsüz ki, Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə iş aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Bu amil əməkdaşlığın şaxələndirilməsinin bariz nümunəsidir. Eyni zamanda İtaliyanın beş aparıcı universiteti Azərbaycandan olan tərəf müqabilləri ilə müştərək əməkdaşlıq edir ki, bu da gələcək addımlar üçün mühüm əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulub. Prezident qeyd edib ki, bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir. Cənab İlham Əliyev çıxışında, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini də diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam edirdi. ATƏT-in Minsk Qrupu isə 28 il ərzində bu məsələdə heç bir addım atmağa nail olmayıb. Əslində bu reallıq ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüququn kifayət etmədiyini bir daha təsdiq edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi dövlətimizin başçısı tərəfindən Forum iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd edildi ki, bununla da Azərbaycanın suveren ərazisində separatizmə birdəfəlik son qoyuldu. Azərbaycanın hazırda regionda daimi sülhün əsas təşviqedici faktoru kimi çıxış etdiyi də Forumda önə çəkilib. Prezident bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədlərin delimitasiya prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyası özü belə düzgün istiqamətdə atılan addımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31