Deputat çıxış yolu göstərdi- ÖZƏL
11 Sentyabr 2024 09:37 Siyasət"Ölkədə həyata keçirilən təmizlik akisyalarını yaxından izləyirəm və alqışlayıram. Amma, məndə sual yaranır ki, bunun qarşısını almaq təmizləməkdən daha asan deyilmi?" Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Razı Nurullayev deyib: "Sadəcə cərimələr tətbiq olunmalı və bu ölkə boyu təbliğ olunmalıdır ki, şəhəri və təbiəti zibilləyənlər bir az qorxsunlar.
İkinci, zibillər təmizlənmir və Bakı küləyi onu hər tərəfə yayır. Aidiyyatı təşkilat, idarələr və məişət obyektləri də ciddi cəzalandırılmalıdır. Bu daha asan olmazmı? Hər zaman bunu demişəm və iki dəfə də Parlamentdə səsləndirmişəm. Başqa əlimdən nə gəlirsə onu da etməyə hazıram".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31