Tıxac problemini necə həll etməli? - ÖZƏL
11 Sentyabr 2024 09:24 Siyasət"Tıxaclar beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı daha da kəskinləşib. Təbii ki, bu tədbirlər hər zaman olacaq və hətta çoxalacaq".

Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Razı Nurullayev deyib:
"Müsbət haldır ki, şəhərimizə xarici turistlər gəlir, tərbirlər keçirilir. Bunlar iş yerləri deməkdir, mağazaların, ictimai-iaşə obyektlərinin, xidmət sahəsinin inkişafı deməkdir. Yüz minlərlə insanlar da xidmət və turizm sahəsindən evlərinə çörək aparır.
Yeganə yollardan biri ictimai nıqliyyatla bağlı rahatlığın daha tez təmin edilməsidir ki, vətəndaşlar avtomobildən düşüb avtobislara minsinlər. Bununla bağlı müəyyən işlər aparılır. İkinci isə metro tikintisinin sürətləndirilməsidir. Bu isə böyük vəsait tələb edir.
Zənnimcə, Neft Fondundan bu məqsədlə vəsait ayrılması özünü doğrulda bilər. Onsuz da tıxaclarda yüz minlərlə faydalı iş saatları itirilir ki, bu da sosial həyat və iqtisadi inkişaf üçün ciddi siqnaldır".
Alim Hüseynli
Olaylar.az