İran nədən narahatdır?- ÖZƏL
11 Sentyabr 2024 09:22 Siyasət"Məlumdur ki, son iki həftə ərzində İran İslam Respublikasının parlamentariləri, politoloqları, hərbçiləri tərəfindən Zəngəzur dəhlizi ətrafında ard - arda bəyanatlara şahidlik etməkdəyik. Bəyanatlarda Rusiya prezidentinin və xarici işlər nazirinin Zəngəzur xəttinin açılmasına tərəfdar olması tənqid edilir və narahatlıq doğurur. Məsələ ilə bağlı narahatlığın ciddiliyini təsdiq qonşu dövlətin son 1 həftədə hər gün Azərbaycana, Ermənistana, ələlxüsusda Rusiyaya KİV vasitəsilə bu yolun açılmasına "icazə verməyəcəkləri" ilə bağlı göndərdikləri ismarıclardı. Bu gün isə, Ayətullah Xameneinin nümayəndəsi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli-Əkbər Əhmədian BRİKS sammitində iştirak etmək üçün Sankt-Peterburqa gəlib və mediadan alınan xəbərə görə, ora da, Sergey Şoyqu ilə görüşdə Rusiya tərəfinin Zəngəzurla bağlı mövqeyinin aydınlaşdırılması istənilib". Olaylar xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Çox güman ki, İranı narahat edən əsas səbəb bölgənin gələcək siyasi, iqtisadi və hərbi coğrafiyası ilə bağlı Rusiyanın Azərbaycanla yoxsa İranla həmfikir olması sualıdır. Ermənistan və Rusiya arasında münasibətlərin soyuqluğu və son vaxtlar Bakı - Moskva arasında ənənəvi yanaşmaların deyil, yeni reallıq və yeni baxış bucağının formalaşması Tehranı narahat etməkdədir.
Hərçənd, Azərbaycan tərəfi dəfələrlə sübut edib ki, 2020 - ci ilin sonunda bərpa olunan ədalətdən sonra yeni reallıqlar İrana da böyük üstünlüklər gətirəcək, yeni reallıq Tehran üçün heç də bəyan etdikləri çağırışları gətirməyəcək.
Hazırda Qafqazda bütöv Azərbaycan və Zəngəzur mövzuları ətrafında İrandakı isterika ilk dəfə deyil.1918- 1920 - ci illərdə AXC dövründə də, İrandakı siyasətçilər Cənubi Qafqazdakı proseslərə ehtiyyatla yanaşır və baş verənləri dövlətləri üçün təhdid sanırdılar".
Alim Hüseynli
Olaylar.az