Delimitasiya prosesində fikir ayrılığı var- ÖZƏL
11 Sentyabr 2024 09:14 SiyasətErmənistan-Azərbaycan arasında sərhədlərin delimitasiyasının hansı prinsiplərlə aparılması gələ ki, qeyri-müəyyən olaraq qalır. Olaylar-ın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı bildirilib ki, delimitasiya prosesi sülh sazişinin imzalanmasından sonraya saxlanılıb: "Lakin bunun layihədə necə əks olunması ilə bağlı fikir ayrılığını mövcudluğu aydın görünür. İrəvan "delimitasiyanın Alma-Ata bəyanaməsinə uyğun aparılması" (SSRİ dağılanda mövcud olan xətlər) prinsipinin layihədə əks olunmasını istəyir və bundan gələcəkdə istinad nöqtəsi kimi istifadə etməyi planlaşdırır.
Bakı əvvəlcə layihədə delimitasiya ilə bağlı heç bir qeydin yer almasını istəmirdi, lakin 19 aprel razılaşmasından sonra vəziyyət dəyişdi. Razılaşmaya görə, delimitasiyada əsas baza prinsipi kimi Alma-Ata bəyannaməsi götürülüb, lakin qeyd olunur ki, "gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq". Bu o deməkdir ki, Bakı delimitasiyada baza prinsipinin sülh sazişində əksini tapmasına nail olmalıdır, əks təqdirdə, baza prinsipi Alma-Ata bəyannaməsi olaraq qalacaq. Mümkündür ki, rəsmi Bakı sülh sazişi layihəsində bu prinsipi dəyişmək, SSRİ dövünün xəritələrinin əsas götürülməsi qeydini daxil etmək istəyir".
Alim Hüseynli
Olaylar.az