Saat 12-yə qədər seçicilərin 20,39 faizi səs verib-MSK
1 Sentyabr 2024 12:37 SiyasətAzərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
Olaylar xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçici fəallığı barədə məlumat verib. Bildirib ki, indiyədək seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib. O qeyd edib ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31