Azərbaycan islamofobiya ilə mübarizədə ön sıradadır- ÖZƏL
11 Mart 2024 11:19 Siyasət"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün ölkəmiz islamofobiya ilə mübarizədə ön sıradadır". "Olaylar" xəbəbr verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda iki günlük beynəlxalq elmi konfrans bunun bariz nümunəsidir: "Tədbirdə bütün çıxışçılar bu prosesdə Azərbaycanın rolunu çox yüksək qiymətləndirdilər. Ümumilikdə konfrans bir çox mühüm məruzə və çıxışlarla yadda qaldı. Azərbaycanın bu mövzularda konfranslar ev sahibliyi etməsi, Qərbdə islamofob meyllərin artmasına kəskin reaksiya verməsi həqiqətən çox qürur vericidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31