Qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi daşıyır- ÖZƏL
11 Mart 2024 11:11 Siyasət"Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı, yol xəritəsi kimi də xarakterizə olunur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, həyata keçirilən bütün islahatlar və qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi daşıyır: "Ölkə başçısının düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycan regional və qlobal miqyasda söz sahibinə çevrilir. Ölkəmizin 2020-ci ilin 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərində ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Konstitusiya quruluşu bütün ölkə ərazisində bərqərar olunub. Dövlətimizin bütün sərhədlərində və ərazisində şanlı, qalib Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır. Azərbaycanın yaratmış olduğu yeni reallıq regionda sülhü, təhlükəsizliyi, qarşılıqlı əməkdaşlığı təşviq edir. Bütün bunlar hərtərəfli inkişaf edən güclü və qalib Azərbaycanın ortaya qoyduğu, müəyyənləşdirdiyi yeni bir reallıqdan qaynaqlanır".