Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini Ramil Həsən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Davamlı İnkişaf üzrə Forumunda iştirak etmək üçün martın 12-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və  ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirdə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün əməkdaşlığın genişləndirilməsivə digər məsələlərlə bağlı müzakirələr aparılacaq. Millət vəkili müzakirələrdə iştirak edəcək, məsələlərə öz münasibətini bildirəcək.

Səfər martın 15-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31