Deputat Jalə Əliyeva gənclərlə görüşüb

Millət vəkili Jalə Əliyeva gənclərlə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin  və "AID GROUP"un birgə təşkilatçılığı ilə gənclərlə növbəti görüşüm baş tutdu.  "Görüş" layihəsi çərçivəsində keçirilən İctimai sağlamlığın diplomatik rolu: "Autizm, gənclər və idman" adlı konfransda autizmin yaranma səbəbləri, gənclərin həyatında idmanın rolundan danışdım.  Autizm spektri pozğunluğu ilə bağlı aparılan tədqiqatlarda  genetik və ətraf mühit faktorlarının təsirinin öz təsdiqini tapmasını vurğulayaraq gənclərin nikaha daxil olmamışdan əvvəl tərəflər arasında qohumluq əlaqələrinin olub-olmaması kimi vacib məsələyə diqqət yetirmələrini, tibbi müayinələrdən keçmələrinin vacibliyini, eləcə də sağlamlığın qorunmasında mühüm əhəmiyyət kəsb edən bədən tərbiyəsi və idmanın rolunu qeyd etdim. Konfransın sonunda gəncləri maraqlandıran sualları cavablandırdım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31