Şahbaz Şərif Prezident İlham Əliyevə təşəkkür edib

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Baş nazir seçilməsi münasibətilə onu təbrik edən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Olaylar.az xəbər verir ki, Şahbaz Şərif özünün X sosial şəbəkə hesabında bununla bağlı yazıb: "Pakistanın Baş naziri seçilməyim münasibətilə səmimi təbriklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Xalqlarımız gündən-günə inkişaf edən unikal dostluq münasibətlərinə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31