Nazir Latviya səfiri ilə COP29-a hazırlığı MÜZAKİRƏ ETDİ
22 Fevral 2024 15:15 SiyasətLatviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görüşüb.
Bu barədə Olaylar.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31