Azərbaycan və Türkiyə Fransanın bütün təxribatlarına qarşı ayıq-sayıqdır-Tural İsmayılov- ÖZƏL

"Əlbəttə ki, bu gün neoimperialist Fransanın müxtəlif təxribatları davam edir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Daha əvvəl Azərbaycanda da Fransanın casuslarından biri ifşa olunaraq həbs edildi. Bu gün də biz görürük ki, Fransanın Türkiyə ərazisində də belə təhlükəli planları var. Bu baxımdan hesab edirəm ki, Azərbaycan və Türkiyə Fransanın bütün təxribatlarına qarşı ayıq-sayıqdır. Biz Fransa casus şəbəkələrinin fəaliyyətinə əsla imkan vermirik. Bu gün Fransanın çətinləşən durumu fonunda vəziyyəti düzəltmək, siyasətində dəyişiklik etmək yerinə kəşfiyyatçılarını və casuslarını müxtəlif ölkələrə səpələməsi əsla qəbul edilən bir hal deyil. Buna qarşı bütün dövlətlər sərt və kəskin mövqe nümayiş etdirməlidir. Azərbaycan və Türkiyə Fransanın casus şəbəkələri ilə bağlı çirkin oyunlarının qarşısını qətiyyətlə alır və bundan sonra da alacaq. Azərbaycan və yaxud Türkiyə ərazilərində Fransanın casus şəbəkələrinin addımlarına və fəaliyyətlərinə əsla yer ola bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31