İlk dəfə Azərbaycanın bütün suveren ərazilərində seçkilər keçirildi- Spiker
22 Fevral 2024 13:42 Siyasət"Bu yaxınlarda, fevralın əvvəlində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi və nəticədə İlham Əliyev inamlı qələbə qazandı. Bu seçkinin əsas əhəmiyyəti ondan ibarət idi ki, o, ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib. Bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini 30 illik erməni işğalından azad etdi və ərazi bütövlüyünü bərpa etdi: "Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri torpaqlarımızdakı separatizmi aradan qaldırdı və Azərbaycan bütün əraziləri üzərində öz suverenliyini bərpa etdi. Bu gün Azərbaycan böyük investisiyalar hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparır.Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. 2026-cı ilin sonuna onların sayı 140 minə çatacaq".