Azərbaycanın beynəlxalq nüfuzu Ermənistanla müqayisə olunmayacaq qədər güclüdür-Elçin Xalidbəyli- ÖZƏL

"Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın keçirdiyi görüşlər faktiki olaraq Azərbaycan və Ermənistan arasındakı böyük fərqi açıq aşkar göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Məsələ ondadır ki, Ermənistan Baş Naziri Nikol Paşinyan Münhendə özü görüşləri xahiş edib və bir sıra dövlətlərin, qurumların təmsilçiləri ilə görüşüb. Bu görüşlərdə də əsas işi ondan ibarət olub ki, Azərbaycandan şikayətlər edib. Ermənistanın bir dövlət olaraq xarici dövlət və qurumlarla münasibətlərinin qurulması hansısa iqtisadi əməkdaşlıqların təklif olunması istiqamətində hər hansı addımlar atmayıb. Paşinyan yalnız Azərbaycandan şikayət etməklə kifayətlənib. Əslində, Ermənistanın beynəlxalq məkanda bundan artıq edə biləcəyi bir şey yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər tamamilə fərqli xarakter daşıyır. Belə ki, xarici ölkələrin, o cümlədən beynəlxalq qurumların təmsilçiləri özləri görüş üçün müraciət ediblər və həmin görüşlər baş tutub. Həmin görüşlərdə də Azərbaycan Prezidenti bir mənalı şəkildə yalnız Azərbaycanın xarici tərəfdaşlıqlarının, iqtisadi, ticari və maliyyə məsələləri üzrə beynəlxalq qurumlarla, xarici ölkələrlə qarşılıqlı əlaqələrinin inkişafı istiqamətdə müzakirələr aparıb. Azərbaycan dövlətinin inkişafı istiqamətində olduqca önəmli addımlar atılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu Ermənistanla müqayisə olunmayacaq qədər güclüdür. Azərbaycan Prezidentinin şəxsi nüfuzu Ermənistanın Baş Naziri ilə müqayisə edilməyəcək qədər yüksəkdir. Bu da Azərbaycan dövlətinin beynəlxalq məkandakı yerini, təsir gücünü və gələcəkdə atacağı addımların, istiqamət və hədəflərin prioritetlərini göstərir. Burda bir önəmli məqam da ondan ibarətdir ki, Ermənistanın xarici ölkələrə, o cümlədən beynəlxalq qurumlara əməkdaşlıq üçün təklif edə biləcəyi hansısa önəmli resursları mövcud deyil. Ermənistan ancaq xarici ölkələrdən, beynəlxalq qurumlardan dəstək, xahiş etmək üzərində xarici siyasət qurub. Bundan artığıma da gücü çatmır. Amma Azərbaycan zəngin dövlətdir, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Azərbaycan elə bir coğrafiyada yerləşir ki, Avropa və Asiya ölkələri arasında nəqliyyat kommunikasiya xətləri birnbaşa Azərbaycan üzərindən keçir, Azərbaycan Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi sahəsində ən yaxın tərəfdaşıdır. Azərbaycan bu sahədə etibarlı tərəfdaş olduğunu da artıq sübut edib. Azərbaycan Qərb ölkələri, beynəlxalq siyasi iradə mərkəzləri, qurumlar üçün olduqca vacib, əvəzolunmaz Cənubi Qafqaz ölkəsi olduğunu təsdiqləyib. Azərbaycanın bu qarşılıqlı əlaqələr və inkişaf perspektivləri üçün iqtisadi resursları, enerji resursları, eyni zamanda nəqliyyat kommunikasiya resursları xarici siyasi iradə mərkəzləri üçün olduqca cəzbedici xarakter daşıyır. Azərbaycan dövləti də bu önəmli üstünlüklərindən maksimum səviyyədə incə diplomatiya ilə istifadə etməyi bacarır. Bütün bunları nəzərə almaqla bir mənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan Ermənistanla müqayisə olunacaq bir dövlət deyil. Azərbaycan yeni mərhələyə qədəm qoymuş, yüksək inkişaf perspektivlərini əsas prioriteti olaraq müəyyən etmiş yeni modelli bir dövlət olmaq istiqamətində addımlar atıq və bu istiqamətdə də inkişaf etmək niyyətindədir. Ermənistan isə qaranlıq bir tuneldən keçir. Ermənistan yalnız başqalarının dəstəyinə ümid olaraq ayaqda durmağa çalııam bir ölkədir. Bu baxımdan da Ermənitanın gələcək taleyi qeyri müəyyəndir. Ermənistan beynəlxalq qurumlar və xarici ölkələr üçün iqtisadi, ticari, geopolitik cəhəddən heç bir maraq doğumur. Ona görə də Azərbaycan və Ermənistanı əslində müqayisə etmək tamamilə yalnışdır. Hazırda Azərbaycan dövlətinin və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu Azərbaycanın dünya siyasətində, beynəlxalq siyasi məkanda tutduğu yeri tamamilə əks etdiri. Bu baxımdan Azərbaycanın gələcəyinin daha parlaq olduğunu rahatlıqla ifadə etmək mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31