Prezident bir ölkənin lideri olmaqdan əlavə, bəşəriyyəti narahat edən məsələlərdə də çox böyük rol oynamaqdadır - ÖZƏL

"Azərbaycan Prezidentinə görüş üçün dövlət və hökumət başçıları, beynəlxalq aparıcı maliyyə mərkəzləri, nüfuzlu təşkilatların çoxsaylı müraciətləri həm Azərbaycan prezidentinin dünyada nüfuzunun göstəricisidir, həm də Azərbaycan dövlətinin nüfuzunun, təsir imkanlarının artmasının göstəricisidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Azərbaycan prezidenti artıq hər hansı bir ölkənin lideri olmaq səviyyəsindən çıxaraq, regional və bir sıra məqamlarda da qlobal lider kimi çıxış edərək bəşəriyyəti narahat edən məsələlərdə də çox böyük rol oynamaqdadır. Prezident İlham Əliyevin istər Qoşulmama Hərəkatının sədri kimi, istər Türk Dövlətləri Təşkilatında aparıcı mövqe malik biri kimi, istər İslam Əməkdaşlıq Təşkilatında xüsusi mövqelərdə olan bir lider kimi daim regional və qlobal problemlərin həllində aktiv rol oynayıb. 

Təbii ki, bu mövqeni tutması da Münhen Təhlükəsizlik konfransında ona bu şəkildə müraciətlərin edilməsi ilə nəticələnib və Azərbaycan pezidentinin mətbuat xidməti hər dəfə belə bir məlumat yayırdı ki, İlham Əliyevə qarşı tərəfin etdiyi müraciət əsasında görüş baş tutmuşdur, prezident onları qəbul etmişdir. Hətta ev sahibi olan Almaniyanın kansleri Şolz belə görüş üçün İlham Əliyevə müraciət etmişdir. Bu fakt təbii ki, Azərbaycan prezidentinin artıq dünya lideri olaraq mövqeyinin təsirini və siyasi bacarığının göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31