Azərbaycan və Türkiyə arasında əməkdaşlıq yüksək səviyyədədir- ÖZƏL
22 Fevral 2024 10:54 Siyasət"Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, hərbi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır. Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, maraq doğuracaqlarına inamların tükənməzliyi bu gün də aktuallığını qoruyur". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib:
"Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatlarında ticarət dövriyyəsinin artıması ilə bağlı səsləndirilən fikirlər də ölkələrimiz arasında münasibətlərin göstəricilərindən biridir. Belə ki, cənab İlham Əliyev "Ticarət dövriyyəmizin sürətlə artması və rekord həddə çatması, əlbəttə ki, bizi çox sevindirir. 7,5 milyard dollar. Beş-altı il əvvəl bizim heç yuxumuza gələ bilməzdi ki, ticarət dövriyyəsi bu dərəcədə artacaq, ancaq bu, reallıqdır" söyləyərək onu da əlavə etdi ki, vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik".