ABŞ və Rusiya bu dəfə Ermənistanda toqquşa bilər- ÖZƏL

"Azərbaycan dövlətinin ən böyük rolu, həm də bu illər ərzində xalqı fəlakətlərdən qorumasıdır. Bölgə barıt çəlləyidir. Bundan sonra da belə olmaqda davam edəcək. Qonşular, bölgədə qonşularla mübarizə aparanlar və daha nələr". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq  Zaur Məmmədovun sözlərinə görə, Misalçun, Bu gün "Institute Science and International Security" məlumat yayıb ki, yaxın həftələrdə İran nüvə silahı əldə edəcək: "Mütəxəssislər bildirirlər ki, iranlılar bir ay ərzində altı, altı ay ərzində isə daha 12 nüvə başlığı istehsal etmək iqtidarındadırlar. Onlar aşağıdakı nəticələrə gəlirlər.  "İranın nüvə potensialı heç vaxt bu qədər real  olmamışdı". Bunu  Qərbdə bilmirlər? Yoxsa Qərb və İran arasında "parçala və hökmranlıq et" siyasəti gedir? 
Digər tərəfdən, ABŞ və Rusiya bu dəfə Cənubi Qafqazda, Ermənistanda toqquşa bilərlər. Nümunələri sadalamağa davam etmək olar... Azərbaycanı xilas edən yeganə amil - aparılan rasional, praqmatik siyasətdir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31