Samvel Şahramanyan siyasi fəaliyyətdən uzaqlaşdırılır- ÖZƏL

"Keçmiş Qarabağ separatçılarının lideri Samvel Şahramanyan Ermənistan Korrupsiyaya qarşı idarəyə çağırılması əsasən onun siyasi fəaliyyətdən uzaqlaşdırılmasıdir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, ötən gün bir qrup tərəfdarlari ilə Yerevanda hərbi ponteona gələn Samvel Şahmaryan Qarabağ ermənilərini öz ətrafında birləşdirməyi planlaşdırır: 
"Keçmiş qondarma separatçı rejimin deputatları bir çox hallarda yerli mətbuatda Qarabağla bağlı məsələləri gündəliyə gətirir və revanşist açıqlamalar verirlər. Bu kimi açıqlamalar N.Paşinyan hakimiyyətinin Azərbaycanla apardığı danışıqlara mənfi təsir etsə də bir növ onların Qarabağ adından istifadə edib, təşkilatlanaraq siyasətdə yeni güc olacağından çəkinir. Çünki Rusiya və Qərbdə erməni  lobbisinin onlardan istifadə etməsi mümkündür.  Ona görə də Ş. Şahmaryanın istintaqa çağırılması  əsasən ona növbəti siyasi fəaliyyətindən geri çəkil təlimatı veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31