Azərbaycan Türkiyə münasibətləri əbədi və sarsılmazdır- ÖZƏL
22 Fevral 2024 10:21 Siyasət"Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Məhz bu birliyimizin sübutu olaraq, Azərbaycan Prezidentinin seçkilərdən sonra ilk Türkiyəyə səfər etməsi dərin kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə münasibətlərinin, dostluğumuz və qardaşlığımızın bu gündən sonra da yüksələn xətt üzrə inkişafına ciddi töhfə verəcək. Azərbaycan Türkiyə münasibətləri əbədi və sarsılmazdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31