Azərbaycanın istədiyi və sülhə xidmət edən şərtlər qəbul edilməlidir-Kazım Kazımov-ÖZƏL

"Münxen Təhlükəsizlik Konfransında cənab Prezidentin iştirak etməsi və onun orada keçirdiyi görüşlər, etdiyi çıxışlar aydın şəkildə göstərir ki, Azərbaycan həmişə olduğu kimi bu gün də bölgədə və xüsusən Ermənistan Azərbaycan arasında sülhdən yanadır".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Lakin Qərbdəki bir çox dairələr, xüsusən, Fransa, ABŞ-dəki erməni lobbisinin fəaliyyətlərinə baxdıqda onlar çox açıq şəkildə Ermənistanla Azərbaycan arasında nəhayi bir sülhün bağlanmağını istəmirlər. Çalışırlar ki, Qafqaz regionunda bu həll olunmamış dırnaqarası münaqişə davam etsin. Biz bilirik ki, de-fakto Azərbaycan artıq Qarabağ problemini həll etmişdir, çünki, bütün torpaqlarımız işğaldan azad olunmuşdur. Lakin bunu Qərbdəki ermənipərəst dairələr və Cənubi Qafqazda imperialist siyasət güdnəyə çalışan qüvvələr dərk etmək istəmirlər. Buna görə də onlar pozuculuq fəaliyyətlərinə davam edirlər. Lakin Azərbaycan bu gün balanslı siyasətinı sadiq qalaraq həm Qərbdəki sağlam dairələrlə, həm digər ölkələrlə açıq şəkildə dialoq vasitəsilə müqavilənin imzalanmağına çalışır. Lakin burada Ermənistanın iradəsinin tam olaraq bu olmadığını görürük. Çünki, Ermənistan baş naziri Nikol Paşinyanın bir-birindən tutarsız açıqlamaları, ləğv edilmiş "DQR"in liderlərinin yenidən üzə çıxması bunu göstərir ki, onlsr hələ sülh prosesini dərk etmirlər. Hələ hazır deyillər. Unutmamalıdırlar ki, burada itirən Ermənistandır, Ermənistan xalqıdır. Çünki, Ermənistan xalqı məğlub vəziyyətdə, sərhədləri qapalə, dünyadan təcrid olunmuş bir şəkildə Qərbdən gələn pullardan asılı halda yaşayaraq öz gələcəklərini məhv edirlər. Ermənistan ordusu müharibədə darmadağın oldu və bir daha toparlana bilməyibdir. Bundan əlavə Ermənistanda çox ciddi şəkildə əhali azalması yaşanır. 1991-ci ildə Ermənistan SSRİ-dən ayrıldıqda indiki əhalidən 1 milyon çox əhalisi var idi. Buna görə də Ermənistan bütün bu meyarları nəzərə almalıdır və sülh müqaviləsini imzalamalıdır. Təbii ki, sülh müqaviləsi Azərbaycanın haqlı olduğu nöqtələr əsasında imzalanmalıdır. Azərbaycanın istədiyi və sülhə xidmət edən şərtlər qəbul edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31