Belçikalıların Kralı Filip İlham Əliyevi təbrik edib

Belçikalıların Kralı Filip Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırır, uğurlar və xoşbəxtlik arzulayıram.

Ölkələrimiz arasında dostluq münasibətləri mövcuddur və əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz əməkdaşlığımızın daha da inkişaf etməsinə töhfə verəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31