Həlledici rola malik fiqurlar Cənab İlham Əliyevlə görüşmək üçün müraciət edirdilər-Vüqar Əhmədov- ÖZƏL
21 Fevral 2024 16:34 Siyasət"Bunu biz Münxen Təhlükəsizlik Konfransinda xüsusi müşahidə etdik".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Parlaq qələbəsindən sonra dünya birliyi tərəfindən dövlət başçımıza çox böyük maraq var idi, dünyanın aparıcı liderləri, korporasiya rəhbərləri, dünyadakı qlobal gündəmin müəyyən olunmasında həlledici rola malik fiqurlar Cənab İlham Əliyevlə görüşmək üçün müraciət edirdilər. Bu sıraya ABŞ-ın Rokfeller Fondunu, ABŞ nüfuzlu siyasətçisi Con Kerri və digər şəxsləri qeyd etmək olar. Dünyanın müxtəlif bölgələrində indi çox mürəkkəb sosial-iqtisadi və siyasi proseslər getməkdədir və dünyanın güc mərkəzlərinin İlham Əliyev kimi təcrübəli dövlət adamı və siyasətçidən məsləhət almağa ehtiyac vardır. Bu isə onu göstərir ki, Azərbaycan dünyada gedən proseslərə ciddi təsir etmək gücündədir".