Deputatlarımız QDİƏT-in tədbirlərində iştirak edəcəklər

Milli Məclisin deputatı,  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisindəki (QDİƏTPM)nümayəndə heyətinin rəhbəri  Eldar Quliyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu təşkilatın Daimi komitəsinin xüsusi iclasında vəProsedur qaydaları üzrə işçi qrupunun toplantısında iştirak etmək üçün fevralın 22-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

İclaslarda QDİƏT-inProsedur qaydalarına və təşkilatın Beynəlxalq Katibliyinin İşçi Qaydalarına düzəlişlərə baxılacaq, müvafiq qərarlar qəbul ediləcəkdir.

Deputatların səfəri fevralın 24-də başa çatacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31